Paşinyan Zəngəzurda Rusiyanın 102-ci bazasının məntəqələrinin yaradıldığını xəbər verdi

117

Hurriyyet.org xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistanın bütün sərhədlərinin müdafiəsinin erməni-rus birgə hərbi birləşmələri tərəfindən   həyata keçirildiyini bildirib.

Paşinyan Sünik vilayətində Rusiyanın 102-ci hərbi bazasının iki dayaq məntəqəsinin yaradıldığını bildirib.