Paşinyan istefa verməyə hazırlaşır

123

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin axırında istefa verəcək. Bu barədə açıqlamanı parlamentdəki “Mənim addımım” fraksiyasının lideri Lilit Makunts verib.

Bundan əvvəl verilən açıqlamada Nazirlər Kabinetinin başçısının 20 aprel-5 may tarixləri arasında istefa verəcəyi bildirilirdi.

Deputat istefanın dəqiq tarixinin bəlli olmadığını, lakin bu ayın axırında baş verəcəyini bildirib.