Paşinyan hökuməti “harsınları” həbs etməyə başladı

102

Hurriyyet.org xəbər verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyanın iştirakçısı olan qadınların həbs edilməsinə başlanılıb.

Ermənistan polisi “Veto” müxalifətçi hərəkatının üzvləri olan qadınları tutmağa başlayıb. Dəstə üzvləri hökumət binasının qarşısına toplaşaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb eləmişdilər. Aksiya iştirakçıları binanın qarşısına toplaşıb deyiblər: “Qapıları açın, biz içəri girib torpaqları verən və minlərlə uşağımızın ölümünə səbəb olan türkpərəst hökuməti oradan qovmalıyıq”.

Qadınlar hökumət binasına yumurta atıblar. TASS informasiya agentliyinin verdiyi xəbərə görə, bundan sonra polis onları yaxalamağa başlayıb.

Xatırladaq ki, 2021-ci il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Palamentin buraxılması mezanizmini işə salmaq üçün aprelin axırında Nikol Paşinyanın formal olaraq istefa verəcəyi, lakin seçkilərin nəticələri bəlli olana qədər hökumətə rəhbərlik edəcəyi bildirilir.