“Paşinyan devrildiyi günün sabahı…” – Köçəryandan üçüncü Qarabağ savaşının anonsu

114

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli Üçüncü Qarabağ savaşının başvermə ehtimalından danışıb.

Politoloq Köçəryanın rusiyalı jurnalist Vladimir Poznerə verdiyi ötəngünkü müsahibəsinə istinad edib. Belə ki, Ə.Əlibəylinin fikrincə, Köçəryan əsasən Putinin İkinci Qarabağ Müharibəsində oynadığı rola işıq salıb.

STM-in rəsmisi həmçinin müsahibədən irəli gələn nəticələrdən də söz açıb. O bildirib ki, bunlardan biri “müharibəni Rusiya yox, Ermənistan uduzub” fikrini tirajlamaqdır:

“Digər nəticələr belədir:

– İndiki hakimiyyətdən Rusiya narazıdır.- Revanş indi mümkün deyil, amma mümkündür.

– Rusiya istəsə, üçüncü savaş olacaq. Çünki indiki status “ədalətsiz”dir.

– Nikol Paşinyan Azərbaycan üçün ən ideal tərəfdaşdır.

– Revanşistlər həmişə hakimiyyətə gəlmək imkanına malikdir və potensial təhlükələri Köçəryan da qeyd edir.

– Mütləq bir müharibəyə ehtiyac olduğunu deyir, bu, Nikol devrilən günün sabahısından başlaya bilər.

– Müharibəni Moskva istəyir?

–  Ən azından Koçaryan onun imicini xilas etməyə çalışır.

Politoloqun sözlərinə görə, Robert Köçəryan, həmçinin, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rayonlarına daxil olan itirilmiş ərazilərin bəzi hissələrinin qaytarılması ətrafında danışıqlar aparılmasını mümkün hesab edir. \\Sfera.az