Paraqvayda faciə: Təyyarə qəzası yeddi can aldı

231

Paraqvayda hərbi təyyarənin qəzaya uğraması yeddi nəfərin ölümünə, birinin ağır yaralanmasına səbəb olub.

ABC xəbər verir ki, qəzanın səbəbləri hələlik məlum deyil.

Qeyd olunur ki, uçuş normal şəraitdə keçib, heyət hansısa narahatlıq barədə məlumat verməyib.

Sağ qalan 19 yaşlı şəxs xəstəxanaya yerləşdirilib.

Faciə heyətlə son əlaqədən təxminən bir dəqiqə sonra baş verib.

/oxu.az/