Pandemiya və vaksin geosiyasi rıçağa necə çevrilir?

96
two flags of Russia and China on a sky background

Vaksinlərə tələbat uzun müddət yüksək qalarsa, dünyanın dominant tədarükçüləri olmaq uğrunda rəqabət fərqli qlobal güc tarazlığı ilə nəticələnəcək

Pandemiya dünyanın qlobal şimal-cənub ayrılma xəttini çox genişləndirdi. Zəngin Qərb dövlətləri sürü immuniteti istiqamətində dayanmadan irəliləyir, amma Afrika, Asiya və Latın Amerikasının əksər ölkələri peyvəndlərin ələ çatımlı vəziyyətə gəlməsini gözləyir. Yalnız az sayda ölkə özünün koronavirus peyvəndlərini istehsal edir, dünyanın qalan hissəsi isə peyvəndə görə həmin ölkələrdən asılıdır. Bu, patron-müştəri əlaqələrinin peyvənd tələbinin qarşılanmasındakı asimmetriyanın meydana gətirdiyi yeni geosiyasi balansın işarələrini ortaya qoyur.

Artıq vaksinə əli çatmayan insanların diplomatik məcburiyyət və cazibə qarşısında həssas olmasının simptomları var. Rusiya və Çin əlverişli xarici siyasət güzəştləri müqabilində peyvənd çatdırmağa başladılar. Bu arada, Qərb ölkələri isə bütün gücünü daxili peyvənd proqramına cəlb edib, baxmayaraq ki, ABŞ bu yaxınlarda Hindistanı başda olmaqla, ağır zərbə alan ölkələrə peyvənd yardımı təklif etmək niyyətini açıqlamışdı.

Aşı istehsal etməyənlər üçün həmişə bazar var və ilk baxışda bu fənd bəzilərində alındı. Avropa Birliyi, 27 üzv dövlət arasında milyonlarla doza bazara çıxararaq irəli çıxdı. İsrailin isə hamıdan öncə uğur hekayəsi var idi- öz əczaçılıq bazasını işə salmaqdansa, milyonlarla Pfizer-BioNTech dozasını ölkəyə gətirdi və sürətli, səmərəli şəkildə vətəndaşlarına çatdırdı. Yerli istehsal gücünə sahib olmasa da, Kanada peyvəndləmə səviyyəsinə görə Böyük Britaniya və ABŞ-dan sonra 34 ölkənin içində 3-cü yerdədir. On milyonlarla doza Avropa və ABŞ-dan idxal edildi. Bənzər uğur hekayələrinə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə də rast gəlmək olar.

Bununla belə peyvənd bazarında uğur hekayələri daha çox varlı və inkişaf etmiş iqtisadiyyatı olan ölkələr çərçivəsində baş tutur. Digər ölkələrdə vaksinasiya çox aşağı səviyyədə davam edir və ABŞ-ın geniş miqyasda AstraZeneca dozalarına sahib olması tədarük limitlərinin nəticəsidir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün Dünya Səhiyyə Təşkilatı ədalətli və bərabər paylanmanı təmin etmək üçün  COVAX qursa da, bu səylər ümidsiz şəkildə geriləyib. Peyvənd az paylandı və daxili çatışmazlıqlar ilə qarşılaşan AB və ABŞ ixraca məhdudiyyətlər qoyaraq tədarükü azaltdı. Ancaq ABŞ, Kanada və Avropa diqqətini ölkədaxili vaksin kampaniyasında cəmləsə də, digər peyvənd istehsalçıları qlobal tələbatdan istifadə etmək və öz vaksin təchizatını diplomatik vasitə kimi istifadə etməyə hazırdırlar.

Çin və Rusiya, peyvənd ixracını siyasi güzəştlər və əlverişli geosiyasi dəyişikliklər ilə bağlayaraq, peyvənd diplomatiyasında fəal iştirak etdilər. Fevral ayında Rusiya, Suriyaya göndərilən Sputnik V peyvəndlərini İsrailin maliyyələşdirməsi əvəzində Suriyada həbsdə saxlanılan İsrail vətəndaşının azad edilməsi üçün vasitəçilik etdi. Həmçinin, Rusiya da Mərkəzi və Şərqi Avropa ölkələrinə peyvən təchiz edərək, onları öz orbitinə yaxınlaşdırmaq yolunu tutdu.

Çin bəyan etdi ki, “Sinovac” və “Sinopharm” peyvəndləri “qlobal ictimai mənfəət”dir və 100-ə yaxın ölkəyə bir çox halda pulsuz çatdırmağa başladı. Bu addım bəzi dövlətlərin Pfizer ilə bağladığı sövdələşmələri sürətlə azaltmaq və ləğv etmək məqsədi daşıyır. Yeri gəlmişkən, yeni məlumat sızıntısı göstərir ki, Çin Paraqvayın Tayvanla bağlı mövqeyində dəyişiklik tələb edir və Braziliyaya peyvənd tədarükünün əvəzində şərt kimi 5G bazarını “Huawei”ə açması üçün güclü təzyiq edir.

Bu məqam, Rusiya və Çinin böyük ehtimalla qabağa çıxacağı an idi. Hindistan da ikinci dalğa ilə qarşılaşdı. Əgər müntəzəm vaksinləməyə bir neçə ildən bir ehtiyac olmasa, o zaman dünyanın geosiyasi istiqamətini dəyişmə ehtimalı yoxdur. Ancaq aparıcı epidemioloqların xəbərdar etdiyi kimi hər il vaksinə ehtiyac olsa, bu başqa hekayə ola bilər. İrəli çıxan güclərin təmin etdiyi əsas hegemon nemətlərdən biri də milli təhlükəsizlikdir. Geosiyasi asılılıq isə silah alqı-satqısı, hərbi bazalar, kollektiv təhlükəsizlik öhdəlikləri, hərbi təchizatın təminatında özünü göstərir. Məsələn, Soyuq Müharibə dövründə, ABŞ və Sovet İttifaqı daha zəif dövlətlər uğrunda yarışarkən və bu dövlətlər səxavətli himayədar axtardıqca iri həcmdə silah, təlim və qoşunun cənuba axını baş verdi.

Hərçənd, bu axınlar azalıb, amma hələ də davam edir və dayanmayıb. Hazırda vaksinin qarşılığında maraqlar bazarında, ABŞ bir neçə müttəfiqin dəstəyi ilə zirvədədir. Rusiya kiçik peyk dövlətlər bölgəsində hökmranlıq edir və Çin də buna can atır.

Qlobal əczaçılıq bazarında işlər fərqlidir. Hələ də əsas oyunçu ABŞ olsa da, bir neçə potensial rəqibin sərt rəqabəti ilə üzləşir. Qərbi Avropada, Almaniya və Böyük Britaniya təsirlidir, Rusiya isə əvvəlki nüfuz dairələrində- Mərkəzi və Şərqi Avropada olduğu kimi nüfuza malikdir. Çin və Hindistan həm böyük istehsal gücünə sahibdirlər, həm də ən əsası Qərbin sərhədlərindən kənarda ümumi ixrac məhsulları bazarlarında dominantdırlar. İsrail nisbətən kiçik regional güc olmasına baxmayaraq, əhəmiyyəti inzibati miqyasından daha böyükdür.

Vaksinlərə olan tələbat uzun müddət yüksək qalarsa, bu dövlətlər arasında dünyanın dominant tədarükçüləri olmaq uğrunda rəqabət günümüzdən çox fərqli qlobal güc tarazlığı ilə nəticələnəcək.

Pfizer, Moderna, AstraZeneca və Johnson & Johnson kimi şirkətlərin istehsalı olan vaksinlər var olmasına baxmayaraq ki, bu peyvəndlər təsirli sayılır –ştatların hökumətləri öz hesablarına başqalarına onları çatdırmağı istəmədiklərini nümayiş etdirdilər. ABŞ və Böyük Britaniya demək olar ki, onlardan heç birini ixrac etməyib və AB sərt tədbirlər tətbiq edir. Onlar həm də bu vaksinlərin patentlərindən imtina etmək istəmirlər və peyvəndlərin ən çox ehtiyac duyulan yerlərdə  istehsalına imkan vermirlər. Bu onu deməyə əsas verir ki, ABŞ və AB-nin peyvənd diplomatiyasını geosiyasi alət kimi istifadə etməkdə ləngiyirlər və bunu etməkdə olan digər dövlətlərə nisbətən həvəsli deyillər. Ancaq zaman keçdikcə bu dəyişə bilər və nəticədə bu ölkələr ilə qlobal cənub arasındakı onsuz da qeyri-bərabər ticarət əlaqələrindəki bərabərsizliklər daha da dərinləşəcək.

Asiyaya gəldikdə, diqqət əsasən pandemiya diplomatiyasının xüsusilə sıx olduğu Tayvana yönəldilə bilər. Çin, adanı təcrid etmək üçün pandemiyadan istifadə etməyə çalışdı və Tayvan bu cəhdləri öz diplomatik təşəbbüsləri, o cümlədən koronavirus baxımından əldə etdiyi uğurları ilə əngəlləməyə çalışdı. Xüsusilə Çin, Paraqvay məsələsində etdiyi kimi, Taipei ilə soyuq münasibətlərini peyvəndlə bağlamağa çalışdı. Bunun əvəzinə Hindistan Tayvanın istəyi ilə peyvənd təchizatına başladı. Əgər gələcəkdə Çin bu cür təşəbbüslərə cəhd edə bilsə də, peyvənd tədarükü vacib və uzunmüddətli geosiyasi gedişə çevrilsə Hindistanın təsiri artacaq. Bu göstərir ki, Tayvan güclü patronlardan məhrum deyil və Çin ilə Hindistan arasında gedən regional rəqabətin ona müdafiə edə bilər.

 

Nə qədər təəccüblü olsa da bundan ən çox faydalanan ölkə İsrail ola bilər. Baş əlaqələndirmə mərkəzi İsrailin Petah-Tikva şəhərində yerləşən dünyanın ən böyük ümumi dərman istehsalçısı olan “Teva Pharmaceuticals” artıq peyvəndlərin lisenziyalı dozalarda istehsalına başlamağa hazırdır. Əgər SARS-CoV-2 davam edərsə bu şirkət, Avropa və ABŞ-ın zəngin bazarları üçün əsas təchizatçı olmasa da, dünyanın cənub hissəsi üçün əlverişli dərman mənbəyidir və İsrailin geosiyasi təsirini ağır çəkidə artıracaq. Artıq İsrailin səfirliklərini Qüdsə köçürmək qarşılığında Honduras, Çex Respublikası və Qvatemalaya vaksin dozaları təklif etdiyi bildirildi.

Dünyanın şimalı böhrandan çıxmaq üçün zəruri artımı təmin edəcək lazımlı olan texnika ilə böhrandan çıxmağa başladı – qlobal cənub getdikcə daha da şiddətlənən epidemiya ilə mübarizə aparmağa davam edir. Amma köhnə müttəfiqlər hazırkı rəqiblərlə əməkdaşlıq edirsə, bu rəqiblər də güclənirsə pandemiya zəngin ölkələr üçün dəyərə çevrilir.

Ülviyyə ŞÜKÜROVA