“Özbekistanhaber” Prezident İlham Əliyevi “İlin adamı” elan edib

84

Azərbaycanın Özbəkistandakı səfirliyində Özbəkistan-Türkiyə birgə layihəsi olan populyar “Özbekistanhaber” İnformasiya Agentliyinin Azərbaycan Prezidenti İlham Əliyevi “İlin Təqdirəlayiq Dövlət adamı” elan etməsi ilə bağlı mükafatın təqdim olunması mərasimi keçirilib.

Tədbirdə səfirlər, diplomatlar, Özbəkistanın tanınmış elm, mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.

Agentliyin baş redaktoru, jurnalist Sərdar Kəskin bildirib ki, 2020-ci ildə Türk dünyasında çox böyük hadisələr baş verib. Ancaq Azərbaycanın öz torpaqlarını azad   etməsi uğrunda müharibəyə başlaması və ən nəhayət öz torpaqlarını 28 ildən  sonra işğalçılardan azad etməsi bütün bu hadisələrin zirvəsində durur. Ona görə də qərara gəldik ki, müharibədə qalib gələn Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Zəfər qələbəsinə görə “İlin Təqdirəlayiq Dövlət adamı” mükafatına layiq görülsün.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verib. Səfir deyib ki, 28 il dünya ictimaiyyəti Ermənistanı zəbt etdiyi Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırıb və təəsüflər olsun ki, bunun heç bir nəticəsi olmaylıb. Uzun illərdir təmas xəttində Ermənistanın Azərbaycana olan təxribatları dayanmayıb. Ötən ilin iyul ayında sərhədin Tovuz istiqamətində ermənilər növbəti təxribat törətdilər, sentyabrın 27-də isə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki təmas xəttində növbəti təxribata əl atdılar və bu, Azərbaycan silahlı qüvvələrinin əks-hücumi ilə nəticələndi.  Azərbaycan öz torpaqlarını azad etmək uğrunda mübarizə başlayaraq Vətən müharibəsi apardı.

Tədbirdə Türkiyənin Özbəkistandakı səfiri Olqan Bekar qələbə mühasibəti ilə Azərbaycan xalqını və dövlət başçısı İlham Əliyevi təbrik edib.

Daha sonra “Özbekistanhaber” İnformasiya Agentliyi “İlin Təqdirəlayiq Dövlət adamı” rəmzi makafat Azərbaycan Respublikasının Prezidentinə göndərilməsi üçün səfir Hüseyn Quliyevə təqdim edilib.

Öz çıxışında Özbək alim və tərcüməçi Babaxan Şərif bildirilib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə qəbul edib ancaq Ermənistan bu nüfuzlu təşkilatın qətnamələrinə də məhəl qoymurdu, Azərbaycan Prezidenti İlham Əliyev böyük iradə və liderlik qabiliyyəti nümayiş etdirərək 28 il həll olummayan münaqişəni 44 gün ərzində həll olunmasına nail oldu. \\Ovqat.com