Özbəkistanda 2023-cü ildən bütün sahələrdə latın əlifbası işlədiləcək

885

Hurriyyet.org xəbər verir ki, Özbəkistanda 2023-cü il yanvarın 1-dən etibarən bütün sahələrdə latın əlifbasına keçiriləcəyi bildirilir.

Özbəkistan hökuməti mərhələli şəkildə latın əlifbasına keçidlə bağlı yol xəritəsinin daxil olduğu qərarı təsdiqləyib.

Özbəkistandakı dövlət idarələrində hələ də rəsmi yazışmalar kiril əlifbası ilə aparıldığı halda, məktəblərdə latın əlifbalı kitablardan dərs keçilir.

Ölkədə kiril və latın əlifbalarının paralel şəkildə istifadə edilir. 1993-cü il 2 sentyabr tarixində latın əlifbasına keçid qanunu qəbul edilib.