Oreşkin: Rusiyada Belarus ssenarisi olacaq, amma…

195

Rusiyada Navalnının həbsi ilə bağlı etirazlar yaxın zamanlarda güclənəcək, amma Belarusdakı kimi nəticəsiz başa çatacaq.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Oreşkin deyib.

“Yaxın zamanlarda etiraz aksiyalarını Belarusdakı kimi gücləndirmək cəhdləri olacaq. Kiminsə əlini sındıracaqlar, başına vuracaqlar, kimisə həbs edəcəklər. Rusiyanı Belarus ssenarisi gözləyir. Nə qədər küçəyə çıxmaq olar? İnsanlar kiminlə qarşı-qarşıya olduğunu başa düşürlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyada bu vəziyyət ölkənin idarəçiliyini üzərinə götürəcək kontrelita peyda olana qədər davam edəcək:

“Hələlik Putin hər şeyə nəzarət edir, güc orqanları isə ona loyallıq nümayiş etdirirlər. Bunun üçün də heç nə dəyişməyəcək. Bununla belə o, rəqiblərin peyda olmasını istisna etmir. Putinin dövründə elitalar yaşamaq üçün hər şey yetəri qədərdir, amma xalq üçün bu yetərli deyil. Onlar hakimiyyətə ona görə tabedirlər ki, digər alternativ görmürlər”.