Ordumuz erməniləri Xudavəngə buraxmadı

51

Azərbaycan 25 erməni zəvvarı Xudavəng monastırına buraxmayıb.

Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində özünü Qarabağdakı separatçıların “ombudsmanı” kimi təqdim edən Geqam Stepanyan paylaşıb. O, bununla Erməni Apostol Kilsəsinin vacib dini mərasiminin keçirilməsinə izn verilmədiyini bildirib.

Stepanyan qadağanın əsl səbəbini, əlbəttə ki, yazmayıb.

Qeyd edək ki, Xudavəng monastırı Kəlbəcər ərazisində yerləşir. Ermənilər ya əvvəlcədən Azərbaycan Ordusundan icazə almır və yaxud ziyarətçi sayını az göstərirlər ki, bu da ziyarəti mümkünsüz edir.

Ermənilər bütün vasitələrlə Azərbaycanın Xudavəngə ziyarətə nəzarətini aradan qaldırmaq və bura istədikləri vaxt gəlmək kimi özbaşınalıqlara cəhd edirlər.