“Onlar doğrudanmı PKK üyələridir!?” – ELDAR SABİROĞLU

“PKK yenidən gündəmdədir. Özü də bax bu cür sərt formada: Azərbaycanı PKK idarə edir!!!”

Hurriyyet.org xəbər verir ki, bu haqda keçmiç millət vəkili öz rəsmi “Facebook” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Bu fikirlər artıq ictimai rəydə əməllicə oturuşmaqdadır. Həqiqətənmi Azərbaycanı PKK idarə edir!? Bu ölkəyə yönəldilmiş qəsdir, yaxud bəzi doğruları görməyə bizim gözlərimiz kordur!?
Məmləkət çox ciddi ittihamla üz-üzə dayanıb. Mötəbər dairələr isə susur. Danışmaq lazımdır.
Axı susduqca yalan böyüyür və başımızın sağalmaz yarasına çevrilir. Camaat inanır, özümüz də dərk edə-edə gözəl bilirik ki, yalan və şaiyədən kütlə daha tez və daha möhkəm yapışır.
Kürd və PKK bir-birini tamamlayan anlayışlar deyildir. PKK türkə problem yaratdığı kimi
kürdün özü üçün də problemdir. Vəziyyət göz qabağındadır. Türkiyədə terror təşkilatının
törətdiyi qanlı hadisələrin cavabı verilərkən çox təəssüflər ki, bəzən hədəfə günahsız və heç
bir təqsiri olmayan kürd qardaş və bacılarımız da düşürlər. Bizi ayıran yalnız bir dilimizdir.
Qalan adət-ənənələrdəki yaxın oxşarlıqlar, qohumluq əlaqələri, nəhayət, eyni dinin mənsubları olmağımız kürd-azərbaycanlı, kürd-türk deyə bir ayrı-seçkilik yoxdur və ola da bilməz. Lakin PKK arxasında elə zərərli antitəbliğat kompaniyası aparılır ki, illərlə toplanan bütün səmimi təmasların, mehriban və isti münasibətlərin təməlini zədələyir və zorla əlaqələri düşmənçilik səviyyəsinə dartıp aparırıq. Azərbaycanı seviriksə, bu əməllərdən əlimizi götürməliyik. Bütün gücümüzü toparlayıb yer üzündə yeganə düşmənimiz erməninin üzərinə yürüməliyik. Bu sırada PKK-da var və bunu görməzdən gəlmək erməni dəyirmanına su tökmək kimi bir şeydi. Mövzudan kənara çıxmayaq. Astagəllik etmək, bilmədən yumşaqlıq göstərmək günün birində PKK-nı doğrudan Azərbaycan başına dırmaşdırar ki , sonradan ayağından çəkib yerə salmağa nə əlimiz, nə gücümüz çatar. Ədalət naminə deyim ki, ölkə rəhbərliyi idarəetmə sistemini özbaşına buraxmayıb və Ordunun daxilindən tutmuş başqa dövlət orqanlarınadək hər şey nəzarət altındadır. Əgər PKK ilə ittiham edənlərin sözlərinə inanarıqsa, o zaman Azərbaycanı idarə edən PKK-ya görə VƏTƏN MÜHARİBƏSİNDƏ TÜRKİYƏ ÖZ ORDUSU VƏ HƏRBİ TEXNİKASI İLƏ ölkəmizə dayaq durardımı!? Yox!!! Məntiq də bunu deyir. Kiçik bir təhlilə ehtiyac vardır. Öncə yüksək idarəetmə anlayışı nəyi ehtiva edir və bir sistem olaraq buraya hansı vəzifə sahibləri daxildir!? Təqdim edəcəyim aşağıdakı siyahı ilə ölkəni idarə edənlərin kimliyini, hansı millətə məxsusluğunu, konkret olaraq bu idarəçilər arasında PKK təmsilçiləri və ya PKK sevdalısı kimi tanınan şəxs varmı, yoxmu deyə ciddi sübutlar ortaya qoyub polemikaya dərhal başlaya bilərik. Məncə pis təklif deyil. Əks tərəfin iddialarının kökündə Azərbaycanı üzdə olanlar yox, divarın o tayındakılar idarə edirlər. Çıxış edənlərdən xahişim budur ki, qərəz və kin-küdurətdən uzaq dayanıb siyahıda kimdən şübhə etdiklərinə şər-böhtan atmadan sübut- dəlil ortaya qoysunlar. Baxaq görək ölkənin idarəçiləri arasında PKK terror təşkilatına yaxnlığı, bilavasitə məxsusluğu olan və PKK-nın yüksək idarəetmə sistemində yerləşdirdikləri adamlar kimlərdir?! Mən ölkəni Azərbaycan qanunları ilə idarə edənləri, PKK ilə heç bir əlaqəsi olmayanları adbaad çəkdim. Azərbaycanı divarın o tayında gizlənən PKK idarə edir. Bu iddia ilə çıxış edənlərdən heç olmasa bir nəfərin adını sübut kimi ortaya qoysunlar. Mən bunu onlardan çox xahiş edir və siyahımıda təqdim edirəm. Onlar doğrudanmı PKK üyələridir!? Hər birinin qarşısında yazdığım “yox” kəlməsini iddiaçılara qarşı etiraz kimi də qəbul edə bilərsiniz.
1.Prezident İlham Əliyev-yox
2. Birinci vitse-prezident Mehriban Əliyeva-yox.
3. Baş nazir Əli Əsədov-yox.
4. Parlamentin sədri Sahibə Qafarova-yox.
5. Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov -yox.
6. Müdafiə naziri Zakir Həsənov-yox.
7. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov-yox.
8. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev-yox.
9. Baş prokuror Kamran Əliyev-yox.
10. Ali Məhkəmənin sədri Ramiz Rzayev-yox.
11. Ədliyyə naziri Fikrət Məmmədov-yox .
12.Konstitusiya Məhkəməsinin sədri Fərhad Məmmədov-yox.
13.Maliyyə naziri Samir Şərifov-yox.
14.Əmək və əhalinin sosil müdafiəsi naziri Sahil Babayev-yox.
Dövlətin milli təhlükəsizliyinə, suveren hüquqlarının, ana qanunumuz Konstitusiyanın müəyyən etdiyi vəzifələrin qorunmasına başda pezident olmaqla bilavasitə cavabdeh olan şəxslər bu adamlardı. Dövlət onların çiyinləri üzərində dayanır. Adları çəkilən şəxsərdən hansı birinin dolayısı ilə də olsa həmin təşkilata aidiyyatı var?! Kimsə sübut ortaya qoya bilərmi? Onlar tər-təmiz Azərbaycan türkləridirlər”.

Eldar Sabiroğlu
sabiq millət vəkili, ehtiyatda olan polkovnik

Hurriyyet.org