Ölkəmizdə vaksin olunanların sayı 500 mini keçdi

129

Martın 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.