Oğuzda gənc oğlan faciəvi şəkildə öldü

1638

Oğuz rayonunda elektrik dirəyinə çıxan gənc oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Report  xəbər verir ki, hadisə rayonun Dəymədərə kəndində baş verib.

İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan rayonun Sincan kənd sakini Dəymədərə kəndi ərazisində elektrik dirəyinə çıxarkən onu yüksək gərginlikli elektrik cərəyanı vurub. Gənc oğlan hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, ölən şəxs Sincan kənd sakini Xasay Şərif oğlu Hüseynovdur. O, DOST MMC-nin işçisidir.

Faktla bağlı araşdırmalara başlanılıb.