Öcalanın həbsini “anmaq” istəyən 51 nəfər həbs edildi

261

İstanbul, Diyarbəkir və Adanada PKK terror təşkilatına qarşı əməliyyat nəticəsində 51 şübhəli saxlanılıb.

Axar.az xəbər verir ki, əməliyyatı İstanbul, Diyarbəkir və Adananın yerli polis idarələrinin terrorla mübarizə şöbələri keçirib.

Əməliyyat nəticəsində İstanbul və Diyarbəkirdə 21, Adanada 30 şübhəli saxlanılıb. Saxlanılanlar terrorçu qruplaşmanın başçısı Abdullah Öcalanın həbs edildiyi gün küçələrdə yürüş keçirməyi planlaşdırıblar.