“Nüvə sazişi məsələsi kor dalandan çıxmaq üzrədir” – İrandan açıqlama

150

Hurriyyet.org xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi İranla Nüvə müqaviləsi məsələsinin kor dalandan çıxdığını bildirib.

Salehi deyib: “Gələn həftə Vyanada texniki səviyyəni müzakirə etmək planlaşdırılır, hüquqi və siyasi məsələlər kontekstində əsas mərkəzi məsələlər texniki məsələlərdir”.

Salehinin sözlərinə görə, artıq irəliyə doğru bir neçə addım atılıb.

Xatırladaq ki, gələn hərtə Vyanada İranın nüvə proqramı ilə bağlı Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) üzrə Birgə Komissiyanın iclası keçiriləcək.

2015-ci ilin iyulunda Böyük Vritaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa “altılığı” İranlar birlikdə Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) əldə edildiyini bəyan elədilər. Razılaşmada İranın nüvə proqramını məhdudlarşdırmasının qarşılığında sanksiyaların ləğv edilməsi nəzərdə tutulur. 2018-ci il mayın 8-də Tramp iqtidarının rəhbərlik elədiyi rəsmi Vaşinqton ABŞ-ın birtərəfli şəkildə nüvə müqaviləsini tərk elədiyini və İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyini bəyan elədi.

ABŞ-ın yeni Prezideni Cizef Bayden müqaviləyə qayıtmağa hazır olduğunu dəfələrlə bəyan etsə də, onun administrasiyası hələlik bu niyyəti reallaşdırmağa tələsmir.