Norveçli ekspert: “Ermənilərin HHM sistemləri darmadağın edildi”

108

Hurriyyet.org xəbər verir ki, Norveçdən olan xarici siyasət məsələləri üzrə ekspert Asle Toje 2020-ci ilin payızındakı Vətən müharibəsində Azərbaycanın uğurundan bəhs edib, Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatı ilə 5-ci nəsil F-35 qırıcılarını müqayisə edib. O, Türkiyə istehsalı olan dronların “ermənilərin hava hücumundan müdafiə sistemlərini parça-parça etdiyini” yazıb.

Ekspert öz məqaləsində yazıb: “Bir ədəd F-35 qırıcısının qiymətinə ermənilərin hava müdafiəsini parça-parça edən 22 ədəd Türkiyə istehsalı Bayraktar TB2 almaq olar. Norveç F-35-lərin sayını azaltmalı və buna xərclənəcək pulu silahlı PUA layihələrinə yönləndirməlidir”.