Norveçdə üst-üstə iki maska taxacaqlar?

375

Hurriyyet.org xəbər verir ki, Norveçdə eyni vaxtda iki maska taxmaq tövsiyə olunub. Norveçin səhiyyə sisteminin mütəxəssisləri koronavirusdan daha güclü müdafiə üçün iki maskadan istifadə tövsiyəsini təbliğ eləmək niyyətindədirlər. Yerli mətbuata açıqlamada bildirilir: “Amerikalı mütəxəssislər bildirirlər ki, bir-birinin üstündən taxılmış maskalar koronavirusa yoluxmadan maksimal təhlükəsizliyi təmin edir”.

Mütəxəssislər bir adi tibb maskasının üstündən parça maska taxmaq tövsiyəsinin zəruri olub-olmadığını müzakirə edirlər.