Njdenin Xocavənddəki heykəli sökülməyib – Avanesyan

Sosial şəbəkələrin erməni seqmentində Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Bunu qondarma və keçmiş “dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın nümayəndəsi Lusine Avanesyan deyib.

“Abidə yerində durur. Onun taleyini yalnız Martuni (Xocavənd – red) sakinləri həll edə bilər”, – Avanesyan bildirib.

Qeyd edək ki, bir neçə ay öncə faşist Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi ilə bağlı məlumatlar yayılmışdı. \\Axar