Nikolun düşmənləri görüşdü: Böyük mitinq gözlənilir

171

Vətənin Xilası Hərəkatının liderləri arasında növbəti görüş baş tutub.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistanın Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi İşxan Saqatelyan yayıb. O, Vazgen Manukyan, Serj Sərkisyan, Robert Köçəryan, Artur Vanetsyan və digərlərinin mütəmadi olaraq görüşdüklərini bildirib.

Saqatelyan 20 fevralda hərəkatın böyük mitinq təşkil etməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, Serj Sərkisyan və Robert Köçəryan mitinqdə çıxış etməyəcək.