Nikol PUA-nın səsini eşidəndə necə qaçıb… – Qabrelyanov

147

Paşinyanın şəxsi mühafizəsində olan mənbə Ermənistan baş nazirinin müharibə vaxtı necə qorxduğunu danışmışdı. Bu haqda indi yazmaq qərarına gəldim.

Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram kanalında rusiyalı jurnalist, “İzvestiya”nın direktorlar şurasının sədri Aram Qabrelyanov qeyd edib.

“2020-ci ilin okryabrında Paşinyan özündən “Böyük Ali Baş Komandan” obrazı yaratmaq qərarı verir. Sünikdə, dövlət idarələrinin birində böyük iclas təşkil edir. Nitqə başlayır və Süniki necə müdafiə etməyin yolları haqda pafosla danışır. Hər şey qaydasında getdiyi vaxt gözlənilmədən düşmən PUA-sının səsi eşidilir. Və Nikol nə vaxtsa Mixail Saakaşvilinin yaşadığı dəhşəti yaşayır. Paşinyan dərhal soruşur: “Zirzəmi hardadır?” Dərhal da yolu üzərindəki qadın və kişiləri itələyərək zirzəmiyə atılır. Mühafizəçiləri onun ardınca zorla çatır. Nikol zirzəminin küncünə qısılır və yalnız “yardım edin, xilas edin” deyir. Mühafizəçiləri ona utana-utana baxır. 5 dəqiqədən sonra PUA-nın səsi kəsilir, ancaq Nikol mühafizəçilərə tapşırır ki, aviasiyanı səmanı yoxlamaq üçün çağırsınlar. Yalnız yarım saatdan sonra ölümünə qorxan Nikolu zirzəmidən çıxarıb maşına mindirmək mümkün olur. Ona zirehli jilet geyindirib, İrəvana gətirirlər”, – o yazıb.

Qeyd edək ki, Paşinyanın Sünikdə (Gorusda) PUA-lardan qorxaraq, rəzil duruma düşdüyü barədə oktyabrda erməni sosial şəbəkə istifadəçiləri yazmışdı.