Netanyahu Ukrayna-Rusiya danışıqlarında vasitəçi ola bilər

147

Hurriyyet.org xəbər verir ki, Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Ukrayanın İsrailin baş naziri Binyamin Netanyahuya Rusiya ilə danışıqlarda vasitəçi olmağı təklif elədiyini söyləyib.

Korniyçuk qeyd edib ki, İsrail hökumətinin başçısının həm Ukrayna Prezidenti Vladimir Zelenski, həm də Rusiya Prezidenti Vladimir Putin ilə yaxşı münasibətləri var. Səfir deyib: “Cənab Netanyahunun bu missiyadan imtina eləmədiyini, əksinə kömək eləmək arzusunda olduğununa görə çox şadıq”.

Korniyçukun sözlərinə görə, Netanyahu imkan daxilində əlindən gələni əsirgəməyəcəyini bildirib.