Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.
Turun mərkəzi matçında “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edib. 4 qırmızı vərəqə və 3 qol vurulan matçda qonaqlar 2:1 qələbə qazanıblar. “Neftçi” görüşü 8, “Qarabağ” isə 10 nəfərlə bitirib.
“Neftçi”yə qələbə qazandıran qolları Namiq Ələsgərov vurub. “Qarabağ”ın isə yeganə qolunun müəllifi Mahir Emreli olub.
13 fevral (şənbə)
18:30. “Qarabağ” – “Neftçi” – 1:2
Qollar: Mahir Emreli, 58, Namiq Ələsgərov, 28, 75-pen.
Qırmızı vərəqələr: Ömər Buludov, 22 (“Neftçi”), Kevin Medina, 72 (“Qarabağ”), Mamadu Kane, 74-iki sarı vərəqə (“Neftçi”), Voyislav Stankoviç, 90+3-iki sarı vərəqə (“Neftçi”)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu. \\Yenisabah