Neft niyə kəskin ucuzlaşdı? – Ekspert 3 səbəb göstərir

126

Martın 23-də “Brent” markalı neftin may fyuçersləri London birjasında günlük maksimal 64,29 dollar qiymətindən 60,41-dək ucuzlaşıb. Sonuncu dəfə “Brent”-in partiyası fevralın 11-fə 61 dollardan ucuz satılmışdı.

Bəs neftin kəskin ucuzlaşmasının səbəbi nədir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban buna üç səbəb göstərir: “May ayı üçün bazara çıxarılan neft həcmlərinin təklifi kifayət qədər artım nümayiş etdirir. Alıcılar arasında aktivlik heç də təklifə adekvat deyil.

İkincisi, dolların məzənnəsinin artımıdır, yəni bahalı dollar bazarda daha ucuz neft deməkdir.

Üçüncüsü, bazar iştirakçıları arasında Avropada martın sonu- aprelin əvvəlində bir sıra ölkələrdə sərt karantin rejimi ilə əlaqədar enerjiyə olan tələbatın azalması qorxusunun güclənməsidir”.

“AzPolitika.info”