Nazarbayevin nəvəsinin ölüm sirri – Britaniya məhkəmə-tibb ekspertizası açıqladı

141

Britaniyada məhkəmə-tibb ekspertinin gəldiyi nəticəyə görə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev ötən il kokaindən asılılıqla bağlı təbii səbəblərdən vəfat edib.

Ekspertlər martın 24-də elan edilmiş bu nəticənin Aysultan Nazarbayevin müəmmalı ölümündən şübhələri aradan qaldıracağına ümid edirlər. O 2020-ci il avqustun 16-da London parklarından birində huşsuz vəziyytdə tapılmışdı. 29 yaşlı Aysultan kokaindən asılılıqla uzun illər idi ki, mübarizə aparırdı.

O ailəsinin korrupsiyası ilə bağlı bir neçə ittihamlar irəli sürmüşdü. Onun məhz hansı səbəblərdən ölməsi buna görə maraq və şübhələr doğurmuşdu. Lakin məhkəmə-tibb eksperti Fiona Uilkoks araşdırmanın sonunda şahidlərin, polisin və psixiatrların dedikləri ilə razılaşıb. Onlar bildirirdilər ki, bu ölüm narkotiklərlə bağlıdır və başqa heç bir şübhə oyatmamalıdır.

Aysultan – Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın onun keçmiş əri Rahat Aliyevdən ikinci oğlu idi.

Rahat Aliyev 2015-ci ildə qətl şübhəsi ilə saxlandığı Avstriya həbsxanasında ölüb. Bir vaxtlar Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti olmuş Aysultan, son illərdə haklimiyyətə və qüdrtəli ailəsinin üzvlərinə qarşı ağır ittihamlar irəli sürmüşdü.

Lakin o özünün narkotiklərə aludəliyi barədə də açıq bəyənatlar vermişdi. Məhkəmə-tibb ekspertizası autopsiya zamanı onun qanında kokainin çox yüksək konsentrasiyasını göstərib.

2019-cu ildə Britaniya məhkəməsi ona bir il əvvəl polisə hücum etdiyinə görə şərti cəza kəsmişdi. O 2020-ci ilin fevralında bildirmişdi ki, Britaniyadan siyasi sığınacaq istəyib. Müstəntiqlər bildirirlər ki, öldüyü vaxt onun diplomatik pasportu və biznes vizası vardı.

Nazarbayevlər ailəsinin sözçüsü Aysultanın ölümü ilə bağlı açıqlama verib: “Biz sevimli Aysultanı itirdiyimizə görə sarsılmışıq. Onun ölümü bizi təsəvvürəgəlməz kədər içində qoyub və biz bu itkidən heç vaxt özümüzə gəlməyəcəyik. Odur ki, bu çətin zamanda hamıdan ailəmizin hüznünə imkan verilməsini xahiş edirik”.

“AzPolitika.info”