Navalnının sponsoru qiyabi həbs edildi

222

Moskva məhkəməsi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun sponsoru Aleksandr Xomenkonu qiyabi olaraq həbs edib.

Axar.az xəbər verir ki, Xomenko 30 milyon rublluq fırıldaqda ittiham edilib. Xomenko ölkəyə ekstradisiya ediləcəyi və ya Rusiya ərazisində saxlanılacağı halda onun haqqında 2 aylıq həbs qətimkan tədbiri işə düşəcək.

Qeyd edək ki, Xomenkoya qarşı bundan öncə cinayət işi açılaraq, axtarışa verilmişdi.