NATO Suriya və Liviyada kimdən qorunur ki? – Slutski

243

NATO-nun Rusiyadan gələn təhdid və təcavüzlə bağlı açıqlamaları ittifaqın mövcudluğunu əsaslandırmaq məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Leonid Slutski deyib.

“Şimali Atlantika İttifaqının fəaliyyətinin müdafiə xarakterli olması ilə bağlı açıqlamaları açıq yalandır. NATO bloku ölkələri keçmiş Yuqoslaviya, İraq, Liviya və Suriyada kimdən müdafiə olunurdular? Qərb üçün təhlükəli rejimlərdən?” – Slutski bildirib.