NATO Rusiyanı separatizmi dəstəkləmək yolundan döndərməyə çalışır

921

Hurriyyet.org xəbər verir ki, NATO Rusiyanı Cənubi Osetiya ilə Abxaziyanı tanımaqdan imtina eləməyə çağırıb.

NATO ölkələrinin Rusiyanı Cənubi Osetiya ilə Abxaziya “respublikalarını” tanımaqdan imtina eləmək çağırışı bu gün Brüsseldə səsləndirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdən əvvəl keçirilən mətbuat konfransında deyib: “Biz Rusiyanı Abxaziya ilə Cənubi Osetiya regionlarının müstəqilliyini tanımağı dayandırmağa çağırmağa davam edirik. Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalı və beynəlxalq hüquqa hörmət eləməlidir”.

Zurabişvili NATO-Gürcüstan birgə komissiyasının iclasında iştirak eləmək üçün Brüsselə gedib.