NATO-dan Ukraynaya dəstək

180

Hurriyyet.org xəbər verir ki, NATO-nun Baş katibi Yens Stontelberq Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti haqqında Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə aparıb. Stoltenberq Alyansın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.

Stoltenberq sosial şəbəkədəki paylaşmasında Zelenski ilə telefon danışığı barəsində məlumat verib.

Rusiyanın Ukrayna daxilindəki və sərhədindəki hərbi fəaliyyəti ilə atəşkəsi pozmasından NATO-nun ciddi narahatlıq duyduğunu qeyd edən Stoltenberq deyib: “NATO Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirir”.

Stoltenberq Ukrayna ilə Alyans arasındakı tərəfdaşlığa sadiq olduqlarını vurğulayıb.

Ukrayna ordusu martın axırında Rusiya Silahlı Qüvvələrinin hərbi təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qüvvə topladığını bildirmişdi.