NATO-dan Türkiyə mesajı: “Digər müttəfiqlərimizin heç biri…”

270

Hurriyyet.org xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin mühüm bir müttəfiq olduğunu diqqətə çatdıraraq deyib: “Türkiyə beynəlxalq terrorla mübarizədə mühüm rol oynayır. İraq və Suriya ilə sərhədi olan Türkiyə beynəlxalq terrorla mübarizədə mühüm rola malikdir. Digər müttəfiqimizin heç birinin ərazisində Türkiyədəki qədər qaçqın yoxdur”.

“Anadolu Agentliyi”nin xəbərinə görə, Stoltenberq NATO-nun xarici işlər nazirlərinin iclasının birinci günündə keçirilən mətbuat konfransında bu sözləri söyləyib.