NATO-dan balansı dəyişdirəcək Liviya AÇIQLAMASI

Hurriyyet.org xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq  deyib: “BMT tərəfindən tanınan Sərrac hökuməti ilə Həftəri bir tutmaq olmaz. NATO Tripoli hökumətini dəstəkləməyə hazırdır”.

Stoltenberq bu açıqlamanı İtaliya mətbuatına müsahibəsində verib.

Türkiyənin NATO üzvü olmasına rəğmən, Aralıq dənizində, Suriyada və Liviyada öz strategiyasını tətbiq elədiyi ilə bağlı sualın cavabında Stoltenberq deyib: “NATO-da 30 müttəfiqik və çox məsələdə mövqelərimiz müxtəlif ola bilər. Lakin Ankara mühüm bir müttəfiqdir. Liviya və Suriyada BMT-nin sülh razılaşması əldə eləmək səylərini dəstəkləyirik. Liviyada bütün tərəflərin riayət etməli olduğu bir silah embarqosu mövcuddur. Bu, BMT tərəfindən tanınmış Fəyyaz əs Sərrac hökuməti ilə Həftər tərəfindən idarə olunan qüvvələri bir tutmaq demək deyil. Bu səbəbdən NATO Tripoli hökumətini dəstəkləməyə hazırdır”.

Hurriyyet.org