Natelaşvili: ABŞ-ın Gürcüstandakı səfiri diktatordur

33

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan diktatordur, çünki o, parlament seçkisinin saxtalaşdırılmasında iştirak edib.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Leyborist Partiyasının sədri Şalva Natelaşvili deyib.

“Belə diktator hədiyyəsi Gürcüstan üçün nə Rüstəm xan, nə Vorontsov-Daşkovun dövründə olub. Baxın, o hansı əmrlər verir! Maraqlıdır ki, İvanişvili belə sadiq namizədi böyük Amerikada necə tapıb”, – deyə o bildirib.

Qeyd edək ki, Natelaşvili Gürcüstanda ən amerikayönlü siyasətçi kimi tanınır.