Nano texnologiyasıyla hazırlanmış maskalarda qurd əmələ gəlirmi?  – TİBB MÜTƏXƏSSİSİ AYDINLIQ GƏTİRDİ

51

Bakıda tibbi maskaların birinin üzərində aparılan təcrübə sosial şəbəkələrdə geniş maraq yaradıb. Tanınmış aparıcı Firuzə Cəlilova sosial şəbəkədə maskadan nano qurd çıxması barədə video paylaşıb. İsti su olan fincanın üzərinə maskanı qoyan aparıcı iddia edib ki, həmin maskadan daha sonra kiçik qurdlar peyda olub.

Görəsən, həqiqtən də nano texnologiyasıyla hazırlanmış maskalarda qurd əmələ gəlirmi?

Mövzuyla bağlı Hurriyyet.org-a açıqlama verən tibb mütəxəssisi Adil Qeybulla bildirib ki, tibbdə nano qurd anlayışı yoxdur. Adil Qeybulla bu cür xəbərlərin yayılmasının əsassız olduğunu vurğulayıb:

“Nano maskalar və ya nano maskalarda nano qurdlar mənasız söhbətlərdir. Bu cür söhbətlər heç bir məntiqə uyğun gəlmir. Nano maskalar texnologiyaya aid məsələdir, biologiyaya aid məsələ deyil. Nano qurd olmur. Ümumiyyətlə, belə bir termin yoxdur. Kim belə informasiyalar yazırsa, bilin ki yalan məlumatlardır. Maskalarda çirk də ola bilər. Təmiz zavoddan çıxmış, əsl nano texnologiyasıyla hazırlanmış maskalarda heç bir problem yoxdur. Nano qurd anlayışı da yoxdur. Hamıdan da xahiş edirəm ki, bu cür yalan məlumatlar yaymasınlar”.

YƏHYA