Nəcməddin Sadıkovun izi ilə…

1119

“Hürriyyət” keçmiş Baş qərargah rəisini Moskvada “tapdı”

Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıkovun həbsdə olduğu haqda aylardır ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərlər öz təsdiqini tapmadı.

“Hürriyyət”in etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Nəcməddin Sadıkov hazırda Rusiyadadır.

Mənbə iddia edir ki, vəzifədən çıxarıldıqdan sonra sabiq Baş qərargah rəisinin səhhətində ciddi problem yaranıb. Belə ki, onun bu günlərdə Moskvada açıq ürək əməliyyatı keçirdiyi bildirilir.

Məlumata görə, hazırda da xəstəxanada olan N.Sadıkovun səhhətində yaranmış problem onun üçün həyati əhəmiyyət daşıyır.

 

KƏNAN

Redaksiaydan: Mövzu ilə bağlı oxucularımıza daha geniş məlumat verməyə çalışacağıq.