Myasnikovdan koronavirus barədə xəbərdarlıq: “Zaman tükənir”

33
Doktor və televiziya aparıcısı Aleksandr Myasnikov koronavirusun yeni dalğalarının baş verəcəyini deyib.
Bu barədə teleqram kanalında məlumat yayan həkim hər kəsi koronavirus əleyhinə peyvənd vurdurmağa çağırıb.
“Zaman tükənir. Yeni dalğalar onsuz da yaxındır və heç kim onlardan qaça bilməyəcək. Peyvənddən təxminən 2 ay sonra antikorlar tamamilə inkişaf edir”, – həkim qeyd edib.
A.Myasnikovun sözlərinə görə, yaşlılar və xroniki xəstəlikləri olan insanlar xüsusilə təhlükə altında olacaqlar.//publika.az