Myanmada ölənlərin sayı getdikcə artır – 745 nəfər…

48

Hurriyyet.org xəbər verir ki, Myanmadakı çevriliş əleyhinə etirazlarda təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həlak olan dinc sakinlərin sayı 745 nəfərə çatıb. Dünən həlak olanlardan birinin 14 yaşlı bir qız olduğu bəlli olub. O, Mandalayda ordu etirazçıları qovlayarkən güllə ilə başından vurulub.

Myanma ordusu 8 noyabr 2020-ci il tarixində keçirilən seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə 1 fevral tarixində çevriliş etmişdi.