Myanmada çevrilişçilər 598 nəfəri qətlə yetirib

102

Hurriyyet.org xəbər verir ki, hərbi çevrilişdən sonra Myanmada baş qaldıran kütləvi etirazlara silahlı müdaxilə nəticəsində ölən dinc sakinlərin sayı 598 nəfərə çatıb. Mülki hökuməti geri qaytarmaq üçün qurulan Milli Məclisi Təmsil Komitəsi yardım üçün Çindən dəstək istəyib.

Siyasi Məhbuslara Yardım Təşkilatının açıqlamasında son 24 saat ərzində daha 17 nəfər mülki vətəndaşın öldürüldüyü bildirilir. Çevrilişə qarşı çıxan 2 947 nəfər həbsdə saxlanılır.