Myanmada əhalinin üstünə tank yeridildi, atəş açıldı

168

Hurriyyet.org xəbər verir ki, 1 fevral tarixində dövlət çevrilişinin baş tutduğu Myanmada zirehli texnika küçələrə çıxaraq əhali ilə döyüşüb. Çevriliş əleyhinə nümayişləri dayandırmaq üçün ölkənin ən böyük şəhərlərindən olan Yanqonda ordu xalqa atəş açıb, evlərə basqın edib.

Bazar günü Yanqonda buddist rahiblərlə mühəndislər küçələrdə etiraz nümayişləri keçirmişdilər. Paytaxtda isə motosikletli bir qrup etirazını bildirmişdi.

Myanmada internet kəsilib, komendant saatı tətbiq edilir.