Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı lideri Ukraynada güllələndi — ANBAAN VİDEO

129

Bu gün Ukraynanın Dnepr şəhərində saat 14:40 radələrində silahlı atışma olub.

Ukrayna mediası xəbərinə görə, Katedral Meydanı, “Artist” restoranı yaxınlığında baş verən atışmada mütəşəkkil cinayətkar qrupun lideri, azərbaycanlı Anar Xudakərim oğlu Məmmədov güllələnib.

Bu barədə hadisə şahidi məlumat verib.

Məlumata görə, yoldan keçən bir nəfər oğlu ilə birlikdə AE 1111 TT nömrə nişanlı minik maşınında olan sürücü Anar Məmmədova qəfildən atəş açmağa başlayıb. Bundan sonra, A.Məmmədov maşından çıxaraq, tramvay yoluna tərəf qaçıb. Qatil onun üzərinə gələrək daha bir atəş açıb və nəticədə 1978-ci il təvəllüdlü Anar Məmmədov hadisə yerində vəfat edib.

Qeyd edək ki, bundan əvvəl yerli mətbuatda Anar Məmmədovun şəxsiyyəti barədə müxtəlif infotmasiyalar yer alıb. Onun qardaşı Ramiz Məmmədovla birgə bölgədə narkotik maddələrin satışı ilə məşğul olan Kryvyi Rih “Mamedovskie” mütəşəkkil cinayətkar qrupunun liderləri olduğu bildirilib.  \\Demokrat.az

No description available.
No description available.
No description available.
No description available.