“Müharibədən 3 ay keçib, hələ də real itkiləri bilmirik…”

288

Erməni ictimai fəal Klara Sarkisyan ölkəsindəki informasiya terrorundan gileylənib. O, müharibənin 3 ay öncə bitməsinə baxmayaraq, hələ də Ermənistan rəhbərliyinin statistikaları gizli saxladığını deyib.

K.Sarkisyan, eyni zamanda müharibə vaxtı Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan barədə şişirdilmiş rəqəmləri əks etdirən xüsusi cədvəllər yaydığını diqqətə çatdırıb.

“Hələ müharibənin 7-ci günü idi ki, bizi aldadaraq guya Azərbaycanın 3154 itki verdiyini yaymışdılar. 3 ay keçdi, bizim “rəhbərlər” özümüz barədə hələ də bizə doğru məlumat verməyib. Nə qədər itkimiz olub? Neçə yaralımız oldu, əsir düşənlərlə bağlı statistika və digər məsələlər hələ də qaranlıq qalıb. Bu necə olur ki, müharibə vaxtı hər gün bizə qarşı tərəfin statistikasını göstərənlər hələ də ölkəmiz barədə susurlar? Nəhayət, bir gün heç olmasa bizə həqiqətə yaxın bir şey söyləyəcəklər, ya yox?”.

//virtualaz.org/