Müharibə zaman-zaman olur, mübarizə isə daimidir

507

Sahibinə güvənib gəlib-gedənə cuman sandıq tulası kimi Qarabağın meşələrində, fransızların və rusların köməyi ilə otuz il ərzində düzəltdikləri tunellərdə, habelə rus “sülhməramlıları”nın qanadı altında gizlənən kiçik erməni terror qruplarını nəzərə almasaq, müharibə hələlik bitib. Lakin bu, ermənilərlə müharibə daha heç zaman olmayacaq anlamına gəlmir.

Birincisi, ermənilər heç gizlətmirlər və açıq deyirlər ki, müharibə davam edəcək. Düzdür, bu gün onların nə iqtisadi, nə də hərbi gücü, Azərbaycanla müharibə etmək iqtidarında deyil. Lakin otuz ildən bəri Azərbaycanın bütün iqtisadi proqramlardan məhrum edib, blokadaya alınmış Ermənistan, kommunikasiya xəttləri açılan kimi dirçəlməyə başlayacaq. Onların dirçəlmə prosesi Azərbaycana nisbətən xeyli sürətlə baş verəcək. Belə ki, Azərbaycanın qarşısında ermənilərin otuz ildə viran qoyduğu ərazilərin bərpa edilməsi üçün çox böyük iqtisadi, texniki və s. problemlər durur. Bu işlərə kənardan nə qədər vəsait və s. cəlb etsək belə, əsas ağırlıq Azərbaycanın üzərinə düşəcək. Ermənistanın isə belə bir problemi yoxdur. Onların ayağa durması üçün bir tərəfdən Rusiya, Fransa və doğma qardaşları olan fars mollaları, digər tərəfdən Fransanı ABŞ-ı, bir çox ərəb ölkələrini, xüsusilə də Rusiyanın bütün sahələrini xərçəng xəstəliyi kimi bürüyən Rusiya erməniləri həmin ölkələrdə qarət etdikləri vəsaitin xeyli hissəsini Ermənistanın tez bir zamanda ayağa durmasına sərf edəcəklər. Həm də Ermənistanın növbəti dəfə Azərbaycanla müharibəsində onlar əsasən Rusiyaya deyil, Çin və Qərbə arxalanacaqlar.

İkincisi, ya ermənilər öz milli xüsusiyyətlərindən əl çəkib, bir insan olaraq türklərlə mehriban qonşuluq şəraitində yaşamalı, ya da biz onları əbədi olaraq Fransaya göndərməliyik. Bunları da yaxın gələcəkdə həyata keçirmək imkan xaricindədir. K.Marks dediyi kimi; «Bir insan erməni ola bilər, ancaq bir erməni insan ola bilməz». Yəni ermənilər öz mahiyyətini dəyişə bilməz.

Sonrası isə Sultan Həmid demişkən, – «Erməni məsələsini, ermənilərin axırına çıxmaqla həll etmək olar». Buna da hələlik yaxın gələcəkdə nə beynəlxalq güclər, nə də bizim bu günkü gücümüz imkan vermir. Yeganə yol bu qəliz, hiyləgər və özlərinə sərf etdikdə hər cildə girməyi bacaran, çox təhlükəli düşmənlə sıravi vətəndaşlarımızdan, dövlət orqanlarımızdan başlayaraq dövlət başçısı da daxil olmaqla, daim ayıq-sayıq mübarizə aparmalıdır.

Bütün ictimai proseslər, o cümlədən millətlərarası və dövlətlərarası baş verən hadisə və prosesləri təhlil edərək məsələnin mahiyyəti haqqında düzgün nəticə çıxarmaq üçün ilk öncə məsələni hansı prizmadan, hansı müstəvidə və hansı kontekstdə öyrənmək istədiyini müəyyən etmək lazımdır. Lakin əldə olunan nəticəni prosesin ümumi nəticəsi olaraq qəbul etmək səhv olar. Çünki bu proseslər birhüceyrəli canlılar kimi sadə orqanizm olmayıb, ona hər bir prizmada müstəvidə, kontekstdə baxdıqda mahiyyəti müxtəlif olduğu məlum olur. Belə ki, bu prossesə xeyli sayda təsir edən daxili və xarici amillər mövcuddur. Bu gün vətən müharibəsinin 44 günlük nəticələrini və bundan sonra Azərbaycan dövlətinin, hüquqi və fiziki şəxslərinin bu məsələdə tam qələbəyə qədər, eləcə də daim aparılmalı olan mübarizədə nə etməli olduqları, həyatın müxtəlif sahələrində, harada, necə davranmaları, bütün hallarda prosseslərə təsir edən çoxsaylı daxili və xarici amillərin, maraqların güc nisbətlərinin nəzərə alınması ilə müəyyən edilməlidir. Yəni hər bir kəs ayrılıqda və cəmiyyət bütövlükdə, hər bir mərhələdə milli maraqlarımıza zərər verə biləcək amillərə, şəraitin imkan verdiyi vasitə və səviyyədə müqavimət göstərməklə, hadisələri tələsdirmədən, lakin inamla, dönmədən qələbəyə addımlamalıdır. Tələskənlik, lokal prosesləri bəzi insanlar tərəfindən bütövlükdə gedən prosseslərin mütləq nəticəsi kimi ictimaiyyətə təqdim etmək cəhdləri, cəmiyyətdə ancaq əsassız narahatlıqlar doğura bilər.

Z.Freyd yazır ki, – «Kütlələr heç bir zaman əsil həqiqəti bilmirlər. Onlar ancaq illüziyaları tələb edirlər. Çünki, onlar illüziyasız yaşaya bilmirlər». Əslində bu kütlənin ictimai şüur səviyyəsinin aşağı olması səbəbindən, mürəkkəb prossesləri dərk edə bilməyərək, məsələnin sadə, lakin düzgün olmayan izahını məmnuniyyətlə qəbul etməsidir. Artıq min beş yüz ilə yaxındır ki, bizim şüurumuzu kütləvi surətdə milli mənlik, milli birlik anlayışını dərk etməkdən uzaqlaşdırmaq üçün islam ideyası, son səksən ildə isə beynəlmiləllik şüarı ilə, hətta qatı düşmənlərimiz olan ermənilərlə «Hayastan-Azərbaycan qardaşlığı» kimi narkotik ideyalarla zəhərləyiblər. Dünya yaranandan bəri obyektiv olaraq gedən insanlar və millətlərarası inteqrasiya, qloballaşma prosesindən kənarda qalmağımız nə mümkün, nə də lazım deyil. Bu bizə yaxşı heç nə verə bilməz. Lakin aqillər demişkən, – «İtlə dostluq et, ancaq çomağı əlindən yerə qoyma». Biz hər bir millətin mövcudluq, vicdan və s. azadlıqlarını qəbul etməliyik. Bununla belə, balın ən xeyirli ərzaq olduğuna baxmayaraq, onu da həddindən çox yeyəndə zərər etdiyi kimi, bu hüquqları da əndazəsiz yox, ilk öncə öz milli və şəxsi hüquqlarımızın, maraqlarımızın, təhlükəsizliyi çərçivəsinin bu gün və gələcəkdə tam təmin edilməsi şərtilə qəbul etməliyik. Bu, bizim hər birimizin, eləcə də dövlət orqanları və dövlət başçısının həyat prinsipi olmalıdır.

Əlbəttə ki, qısa bir zamanda cəmiyyətin üzvlərinin böyük bir hissəsinin bu hala gələcəyinə ümid etmək boş xülya olardı. «Qota proqramının tənqidində» K.Marks, sosializmi, kommunizmin ilk pilləsi kimi xarakterizə edərək yazır ki, – (sosializm – müəllif) «Elə indi bətnindən çıxdığı, bu səbəbdən kapitalizm cəmiyyətinin bütün iqtisadi, mənəvi, əqli cəhətlərdən köhnə cəmiyyətin doğurduğu ləkələri hələ özündə saxlayır». Bunu ikiyüz illik əsarətdən çıxdıqdan sonra belə, əhatəsində olan düşmənlərin güclü zərbələri altında yıxılmamaq üçün ancaq müvazinətini saxlamağı düşünərək, hələ də normal bir inkişaf yoluna düşməmiş Azərbaycanın istisna edilmədən sıravi vətəndaşından tutmuş, dövlət orqanları və dövlət başçıları haqqında da köhnə cəmiyyətin doğurduğu ləkələri özündə saxladığını qətiyyətlə demək olar.

Bu gün mətbuatda “5-ci kolon” haqqında çox danışılır. Bu ad altında isə Rusiyaya bağlı adamlar nəzərdə tutulur. Bu adamlar yaddan çıxarır ki, – «Qurdun adı bədnamdır, çaqqal var gödən yırtır». Bununla mən «Azərbaycanda “5-ci kolon”un varlığını, onun Azərbaycanda bizim üçün nəinki zərərli, hətta təhlükəli fəaliyyətini, bunu neytrallaşdırmağın zərurətini inkar etmirəm. Ölkədə “5-ci kolon”dan qat-qat zərərli və təhlükəli «kolonlar» mövcuddur. Bunlardan biri, və ən birincisi ermənilərə bağlı olan qrupdur. Çünki bu qrup Ermənistan və onun vasitəsilə təkcə Rusiya ilə deyil, başqa ölkələrlə də faktiki bağlılığa malikdir. Bundan başqa da, bu qrupun ən təhlükəli cəhəti onun məişət səviyyəsində ölkənin cəmiyyətinə hondurularaq ən müxtəlif dövlət, hüquqi, iqtisadi, KİV və s. qurumlarda məhz azərbaycanlı adı altında gizlənərək açıq, leqitim fəaliyyət göstərə bilməsidir. Məsələn, Ramiz Mehdiyevin ölkəyə rəhbərliyin önəmli bir vəzifədən kənarlaşdırılması prosesində ortaya çıxan ən ümumi, ilk baxışda tamamilə əhəmiyyətsiz görünən faktlar çox mətləblərdən xəbər verir…

Mətbuatın yazdığına görə, R.Mehdiyevin həyat yoldaşı ermənidir. Deməli, onun ölkədə heç də kiçik olmayan bir vəzifə sahibi, qızının əri isə adı, soyadını dəyişmiş erməni olması, hətta qızının İrəvanda kommersiya obyektlərinin belə olması, bu ailənin Ermənistanla sıx əlaqələrinin olduğunu sübut edir. R.Mehdiyevin Rusiya yetkililəri ilə əlaqələrini bir kənara qoysaq belə, cəmiyyətdə yüksək mövqe tutan belələrinin ölkə üçün nə dərəcədə təhlükəli olduğunu sübut etməyə ehtiyac belə yoxdur. R.Mehdiyevin uzun illər ölkəyə, vətəndaşlara qarşı törətdiyi cinayətlərin ortada olmasına, yaşının isə səksəni ötməsinə baxmayaraq təqaüdə yox, Azərbaycan Elmlər Akademiyası kimi cəmiyyət və dövlət üçün əhəmiyyətli bir qurumun prezidenti təyin olunduqdan sonra belə, – «Mənə və mənim ailəmə heç kəs toxuna bilməz. Əgər mən bildiklərimin yarısını belə  açıqlasam onlar hamısı ölkədən qaçarlar», bəyanatı qarşısında hakimiyyətin susması cəmiyyətimizdə K.Marksın yuxarıda qeyd etdiyim kimi, hansı böyük və ağır ləkələrin qaldığını birmənalı sübut edir. Bizim daxili və xarici problemlərimizin qısa bir zaman ərzində və tam həll edilməsini istəyənlər, Azərbaycanın xaricdən düşmənlərin tam əhatəsində olduğunu, daxildə, əllərinə fürsət düşəcəyi halda Azərbaycanı öz mənafe və məqsədləri naminə ayaq altına atmağa hazır olan xarici güclərin nümayəndələrindən başqa, bizi əsarət altına almaqda iddialı olan rus, fars və erməni «kolonları» ilə yanaşı cəmiyyətimizin bütün təbəqələrində K.Marksın dediyi ləkələrin mövcudluğunu nəzərə almaqla öz arzularını, hərəkətlərini, tələblərini məhz bu reallıqların imkan verdiyi həddə çərçivələməlidir. Bu, eyni zamanda bizim həyatımızda baş verən bütün hadisə və prosesləri qiymətləndirməyimizdə də mütləq nəzərə alınmalıdır. Əks halda bizim hər hansı hadisə və prosesi obyektiv qiymətləndirməyimiz imkan xaricindədir.

Cəmiyyətin bu «kolon»lardan və ləkələrdən təmizlənməyinə gəldikdə isə, tibb elminin belə bir qaydası var, xəstəliyin sağalmasına düzgün müalicə təyin etmək üçün öncə xəstəliyi yaradan səbəbi dəqiq müəyyən etmək lazımdır. Yəni rus və erməni kolonlarının yaranması Rusiyanın Azərbaycan ərazilərini 200 il bundan qabaq işğal edərək, əhalimizi əsarətə alması səbəbindən yaranıb. Fars kolonu isə hələ 1500 il bundan əvvəl baş vermiş, torpaqlarımızın ərəb işğalından zehnimizə islam qandalının vurulduğu gündən başlanır. Ərəblərin  işğalından və əsarətindən çoxdan azad olsaq da, ərəb istehsalı olub, farslar tərəfindən özəlləşdirilən ideoloji qandaldan hələ bu gün də tamam azad ola bilmirik. Gənc şair İbrahim Xudainin sözü ilə desək, –

«Torpağı işğaldan azad etsək də,

Zehnimiz ərəbin işğalındadır».

Cəmiyyətimizdə rus və erməni «kolonunun» yaranması Azərbaycanın Rusiyanın işğalına uğramasından yarandığına görə, bu «kolon»un cəmiyyətin tərkibindən təmizlənməsi də bizim Rusiyanın əsarətindən azad olmağımıza birbaşa bağlıdır. Hüquqi cəhətdən biz bu əsarətdən qurtarmış olsaq da, kiçik və zəif olmağımız səbəbindən biz faktiki olaraq Rusiyanın əsarətindən tam qurtara bilmədiyimiz kimi, onun kolonunu da, Türkiyə özünü FETO-çulardan qısa müddət ərzində təmizlədiyi kimi təmizləyə bilmirik. Belə ki, Qoçu Əskərin keçisinin qulağını burmaq, bu keçinin Araik Artunyan, Rüstəm Muradov və ya Paşinyan olmasından asılı olmayaraq, hökmən Qarabağa qoşun yeridilməsi və ya R.Mehdiyevi təqaüdə göndərmək deyil, Elmlər Akademiyasına prezident təyin etmək Qoçu Əskərin cavabı ilə nəticələnəcək. Buna görə də Azərbaycanın öz gücü çatmadığı düşmənləri ilə mümkün dərəcədə ehtiyatla davranaraq, minimum zərərlə Türk Birliyinin, ən azından türk hərbi qüvvələrinin koalisiya formasında birliyinin yaradılmasına qədər erməni, rus kolonlarını və onların sahibini bir təhər yola verməlidir.

Məsələn, SSRİ dağılana qədər Çin ikinci dünya müharibəsindən bəri Rusiyanın, Qazaxıstanın və Qırğızıstanın bir sıra ərazilərinə iddialı olub. Lakin SSRİ-yə gücü çatmadığına görə daim bu mübahisə və toqquşmalarda geri çəkilməyə məcbur olub. SSRİ dağılandan sonra da Rusiyaya gücü çatmır deyə bu məsələni ciddi qaldırmır. Lakin Qazaxstana qarşı qaldırdığı 34000 km2 əraziyə iddianın nəticəsi olaraq, Qazaxıstan Çinin təcavüzünün fəalkətlə nəticələnəcəyini nəzərə alıb, 1994-cü ildə 946 km2, 1997-ci ildə isə 407 km2, üst-üstə 1353 km2 öz ərazisini Çinə verməli olub. Bu müvəqqəti də olsa, bir müddət Çinin Qazaxstana qarşı təcavüzünün qarşısını almağa imkan verib. Qırğızıstan da 1999-cu ildə 161 km2-dan ibarət Uzonqu-Kuuş ərazisini Çinə verməklə Çinin təcavüzünü müvəqqəti olaraq neytrallaşdıra bilib. Bunları nəzərə aldıqda Azərbayanın bu günə əldə etdiyi nəticələr “çox yaxşıdır” desək, heç də yanılmarıq. Üstəlik, bu, “çox yaxşı nəticə”ni «əla» statusuna çatdırmaq üçün qarşıda diplomatik müstəvidə danışıqlar prosesi və Türk birliyinin yaradılması üçün xeyli vaxtı və real imkanları da mövcuddur. Qazaxstan, Qırğızstan, Özbəkistan və Türkmənistan da bu prosesdə fəal iştirak etməklə növbəti vaxt kəsimində özlərini belə təcavüz və işğal təhlükələrindən sığortalamış olarlar. Biz türklər bütövləşib nəhəngə çevrilən kimi, erməni rus problemi ilə birlikdə onların kolonlarının mövcudluğu da avtomatik olaraq həll olunacaq, ya da ki, bu ilanların zəhərli dişləri çəkilib zərərsizləşdirilmiş olacaqlar. Bu sırada fars və onun nökərləri də olacaq.

 

(Ardı var)

Şapur QASİMİ