“Müharibə həmsədrlərin fəaliyyətinin uğursuzluğunu göstərdi” – Ara Ayvazyan

24

“Müharibə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin uğursuzluğunu göstərdi”. “Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ölkə parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.

“Sentyabrın 27-si sübut etdi ki, onlar öz mandatlarının bu hissəsi çərçivəsində iflasa uğrayıblar”, – o qeyd edib.

O, 44 günlük müharibənin Ermənistan diplomatiyasını uğursuzluğa uğratdığı ilə razılaşmadığını bildirib: “Bizə cari şəraiti təsbit edən deyil, prosesə başçılıq edən güclü həmsədrlik lazımdır”.