Muğam sənətinə yanaşma: naşılıq, yoxsa laqeydlik?..

144

Bu məqaləmi üç il öncə də yaza bilərdim, mən rahatlanmağıma ümid edər­dim. Onun üçün ki hələ vəzifə etibar olunan məmurlarımız var – çinovnikləş­mə­miş­­­lər: onların ünvanına yollanan məktublar janrından asılı olmayaraq reaksiya do­ğu­­r­mur, birinci şəxs rəhbərlik etdiyi qurumun nüfuzunu nəzərə almır. Məhz bu gün­lər­də yaz­­mağımın bir səbəbi isə çağdaş illərimizdə klassikləşmiş sənətkarlarımızın ya­şa­ma­­sı, gənc nəslin oxusunu izləməsidir.

Hər bir gənc ifaçının uğuruna inanırıq, bir də ona görə ki, televiziyaya elə-be­­­lə çıxmamışdır, çətinliklərdən sonra arzusuna çatmışdır. Bu gün belə şə­rait­dən gi­­leylənməyə dəyməz. Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftə­li­yev, Elnur Zey­­nalov, Qoçaq Əsgərov, Abgül Mirzəliyev, Etibar Hüseynov, Mirə­ləm Mirələ­mov kimi xanəndələrimizin oxusuna sevinirik. Onların uğurlarına ustad­la­rı daha çox sevinirlər və bunu təbii hesab edirəm. On ilin (və daha çox) gərgin işin – mü­sa­­­biqələrin roludur. Bu şans öz yerində. AzTV-nin mərhum muğam ifaçılarına la­­qeyd qalması dözülməzdir, hər həftənin şənbə günü – muğama  bir saatın ay­rıl­ma­sı təq­­dir olunmalıdır. Son vaxtlar bu vaxtın endirilməsi müəm­ma­lı­dır tamaşaçılar üçün. Harada qaldı Mehriban xanımın ideyası? Lakin gənc oxu­yan­ların (mü­sa­bi­qə laueratlarının, iştirakçıla­rı­nın) həftəaşırı eyni ifaları nəyə he­sab­lanmışdır? Klas­sik­lərin (dünyasını dəyişənlərin) və çağdaş ustad xanəndələrin kəskin şəkildə sı­xış­dı­­rıl­ma­sına, telekanallardan “qovulması”na səbəbi onlardanmı asılıdır? – Sualı qar­şı­­sın­da qalmamaq mümkün deyil. Birmənalı deyərdim ki, AzTV (ana televi­zi­ya­dır) rəh­­bərliyinin laqeydliyidir, daha çox “Mədəniyyət” kanalı məsuliyyət da­şı­yır. Şən­bə günündə muğam həvəskarları həvəslə baxırlar canlı verilişə. Yenə müsabi­qə­lə­rin iştirakçılarıdır! Ad çəkmirəm, cavandırlar, yenicə özlərinin karyeralarını yara­dır­­­lar – az qala növbə ilə eyni ifaçılar haçansa lentə alınmış muğamı ifa edirlər (mən həmin muğamların aşağı səviyyədə oxunuşunu demək istəmirəm, halbuki, on­­­la­rı ustad sənətkarlar (tar və kamança çalanlar) müşayət edirlər…

Mən hörmətli sədr Rövşən Məmmədlidən xahiş edərdim (onunla vaxtilə Azər­­­baycan Universitetində bir kafedrada çalışmışıq, savadlı filoloq – alim kimi ta­­­nı­­yıram, səmimi və tələbkar ziyalıdır, təyinatında sevinmişəm, səhhətimdə prob­lem olduğu üçün təbrikə imkanım olmadı) ki, bir illik adını çəkdiyim eyni xanən­də­­­lər tərəfindən “özəlləşdirilmiş” muğam kanalında neçə dəfə oxuduqlarını hesaba al­­­sın. Digər o yaş­lar­da oxuyanlarımız yoxmudur? Bu müsabiqəçilərin görəsən ha­va­­dar­ları kimlərdir? Azər­baycan teleməkanında belə bir addım atılmamışdır ta­ri­xən. Xa­tırlayıram Əbül­fət Əliyevin, Yaqub Məmmədovun, Tələt Qasımovun, Arif Ba­­ba­­yevin, Bakir Haşı­mo­vun, İslam Rzayevin, Baba Mirzəyevin, Ramiz Ha­cı­ye­vin (xa­tırlaya bilmə­dik­lə­rim də vardır) həftədə bir dəfə ekrana çıxan muğamat kon­ser­­tin­də bu cür “üzlü”lük ol­murdu. Halbuki, onların dəyərincə nüfuzları vardı, la­kin din­ləyicilərin zövqünə hör­mət edirdilər.

Mən deməzdim ki, cavan muğamat oxu­yan­­la­rımız dünyasını dəyiş­miş, yaşlaşmış xanəndələrimizə qarşı səbrsizlik gös­tə­rir­lər, xeyr, lakin onların “gün­dəlik”də qalmalarına ifrat yardımçı olanların milyon­lar­la ta­maşaçı – dinlə­yi­ci­lərə hörmətsizliyidir. Maraqlıdır ki, gündəlikdən düş­mə­yən­lər “ye­kə” mu­ğamlara girişmişlər. Xatırlayaq: “Segah”, “Rast”, “Mirzə Hüseyn se­ga­hı”, “Ba­ya­tı Şiraz”, “Çahargah” və s. Onlar məgər Xan Şuşinskinin, Əbülfət Əli­ye­vin, Əli­ba­ba Məmmədovun, Ramiz Hacıyevin, Tələt Qasımovun, Qulu Əs­gə­ro­vun, Arif Ba­ba­yevin, Canəli Əkbərovun, Baba Mirzəyevin, M.B.Bağırzadənin, Qə­dir Rüs­tə­mo­vun televiziyanın yaddaşında əbədiləşmiş şedevr muğamlarını din­lə­məmiş­lər­mi? Bəl­kə də yox. Çünki onları AzTV-nin müvafiq redaksiyası unut­muş­dur, funk­sio­ner­lərə ölmüşlər sərf etmir! Onlara dirilər münasibdir ki, dinlə­yici­lə­ri yor­sun­lar. Hal­buki, adlarını sadaladığım köklü muğamları klassikləşmiş xa­nən­də­­lə­ri­miz oxumuş­lar(AzTV-də bəzi verilişlərdə səslənir). Mənə irad tutarlar – be­lə vər­diş­lərə alış­mamışıq: bu gün texnologiya yüksək inkişafdadır – telerejissorlar, ope­­ra­tor­lar, re­daktorlar daha yaxşı bilirlər ki, dünyasını dəyişmiş, radionun “Qızıl fon­­du”nda ya­şayan muğamların ifaçılarını səsləndirmək mümkündür. Musiqini gör­­mür­lər, eşidirlər. De­yək ki, dinləyici üçün xanəndənin özünü (obyektiv səbəblər­dən) görməmək qəba­hət deyil (göz işığından məhrumlar üçün), dinləmək caizdir. Te­­leviziyanın sə­lahiyyətli əməkdaşlarını xatırlatmaq istərdim: Mütəllim Mütəlli­mo­­vun “Segah”, “Ba­yatı Şiraz”, Xan Şuşinskinin “Mirzə Hüseyn Segahı”, “Qa­ra­bağ şi­kəstəsi”, Ağa­bala Abdullayevin “Rast” və “Zabul segah”, Qulu Əsgərovun “Ba­­ya­tı Kürd” və “Bayatı Qacar”, “Segah”, Sabir Mirzəyevin “Çahargah”, Arif Ba­ba­ye­vin “Rast”, Əlibaba Məmmədovun “Dəşdi” və digərlərinin radio üçün oxu­duq­­la­rı mu­ğam və təsnifləri nə üçün televiziyada səslənməsin? Bu seçim dünya prak­ti­ka­sın­da da mövcuddur. Lazımlı texniki üsullardan imtina etmək bizəmi qal­mış­dır? Sadəcə, la­­qeydlikdir, keçmişdən xəbərsizlikdir – başqa nə ad verək? Səsinə və ürəyinə düş­mə­­yən, “o oxuyur, mən niyə oxumayım” subyektiv hisslərlə yaşayan gənc­lər ağır lən­gə­ri, yumşaq xırdalığı, zəngüləni sevən muğamlara girişirlər, səs­lə­ri­ni cansız mik­ra­fon xilas edir, yaxşı ki cərəyan kəsilmir…

Bizim qadın xanəndələrimiz də vaxtilə muğamlar və təsniflər oxumuşlar, ra­dio­­­da və televiziyada səsləri qalmışdır. Şövkət Ələkbərovanın “Segah”ı, Fatma Meh­­­rəliyevanın “Segah” və “Kəsmə şikəstə”si, Sara Qədimovanın və Qəndab Qu­li­­­ye­­­vanın “Segah”ı, Rübabə Muradovanın, Tükəszban İsmayılovanın, Yavər Kə­lən­­­tər­linin, Sahibə Əhmədovanın və başqalarının həm radio, həm də televiziyanın yad­­­da­şında olan muğamları, təsnifləri nə üçün silinməlidir, teleməmurlar bu dəyər­lə­­ri nəsillərin yaddaşından qovmalıdır, nəinki “həftə səkkiz – həftə doqquz” zərb mə­sələsində olduğu kimi! Aşağı səviyyədə oxunan muğamları eşitməkdəyik. Şəxsi ar­zumdur, “dəbdən düşməyən” gənc oxu­yan­la­­rın özləri belə süni populyarlığa im­kan verməməlidirlər, oxuduqlarını daha da tək­­mil­ləşdirməlidirlər. Əgər bu gün üçün oxuyurlarsa başqa məsələ. Beş – on ildən son­­ra heyifslənəcəklər ki… O səsi Al­lah – Təala Bülbülə, Xana, Rəşidə, Şövkətə, Sa­­raya, Fatmaya, Rübabəyə, Tü­kəz­ba­na vermişdi…

Yeri gəlmişkən, gənc qadın müğənni tele ekranda özündən əvvəlki oxunmuş mu­­ğamı oxu­yur, hətta sözləri eynidir, bəs ansamblın bədii rəhbəri bunu hiss et­mir­mi? Mən be­lə ifaları plagiat adlandırardım, çünki boğazlar da, zəngülələr də, təs­nif­­lər də, sözləri də tək­rar­dır. Xüsusilə, o gənci müşayət edən tarzən – ustad yara­dı­­cı məqamlara diqqət kəsil­mə­li­dir, məgər məşq etməmişmi?

Mənim gileyimin mahiyyəti, necə deyərlər, ədəbiyyatda olan “atalar və oğul­­lar” probleminə bənzər. Bu gün istəməzdim telekanal (“Mədəniyyət”), AzTV-nin ye­rində oturan sədri Rövşən Məmmədlinin nəzarətindən yayınıb, gənc oxuyan­la­­rı dün­yasını dəyişənlərə və çağdaş yaşlı xanəndələrə qarşı rəqib səviyyə­si­­nə gətir­sin­lər, amma nə edəsən ki…

Musiqinin səslənməsinə və təbliğinə cavabdeh rəhbər – məmur bu fəaliyyəti üçün tərifə layiqdir birinci, ona görə ki, milyonlarla insanın estetik zövqünü nəzərə alır, bu intəhasız xidmətindən özü də feyziyab olur. İkincisi, zövqün estetikasında həm mənəvi aləm, həm də intellektual idrak dayanır, dinləyicidə ideyalar doğurur. Məş­­­hur fransız filosofu Ş.Monteskye yazmışdır ki, zövq o şeydir – bizi hiss va­si­tə­si­­­lə şeyə, cismə doğru cəlb edir, lakin elə güman etmək olmaz zövq mənəvi aləmə da­­­­xil deyil, əksinə, zövq sözün geniş mənasında insanın mənəvi aləmi, intellek­tual­lı­­ğı və ideyaları ilə əlaqəlidir.

Allahverdi Eminov