Mişustin pandemiyadan danışdı

153

Rusiyada yeni növ koronavirusla əlaqədar vəziyyət sabitləşir. Bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, ən çətin dövr artıq keçilib: “İndi vəziyyət tədricən sabitləşir. Xəstə sayında yüksək həddə artımın qarşısını ala bildik. Tibbi mərkəzlərin yükü azalıb”.

Mişustin əlavə edib ki, Rusiyada ən çətin dövr iqtisadiyyat və sosial həyat tamamilə dayandırılmadan keçilib. Baş nazir vurğulayıb ki, kollektiv immunitet yarandıqdan sonra koronavirusun yayılması dayandırılacaq.

/virtualaz.org/