Misirlə Liviyanı qar örtdü – Afrikada mənfi temperatur

312

Hurriyyet.org xəbər verir ki, Afrikanın iki ölkəsinə güclü qar yağıb. Qar Misirin bəzi rayonlarını və Liviyanın şərqini örtüb. Misirin paytaxtı Qahirəyə də qar yağacağı gözlənilir. Maraqlıdır ki, Qahirədə hələ fevralın əvvəlində 28 dərəcədə isti olub. Artıq bir həftədən sonra temperatur 20 dərəcəyə düşüb, dünən isə şəhərdə zəif leysan olub. Misirin Liviya ilə sərhəd olan Sidi-Barrani, İsgəndəriyyə şəhərlərinə və Səna yarımadasının mərkəzinə qar yağıb. Yarımadada temperatur mənfi iki dərəcəyə düşüb.

Liviyanın şərqində də qarlı qış havası hökm sürür. Liviyanın dağlıq rayonlarına, Əl Bayda şəhərinə də qar yağıb. Gecə temperatur sıfır dərəcəyə düşüb. Lakin qışın ömrünə az qalıb. Artıq sabahdan temperaturun yenidən qalxacağı gözlənilir.