Misirdə sərnişin qatarları toqquşdu: 32 ölü, 66 yaralı

138

Misirin cənubunda iki sərnişin qatarı toqquşub.

Axar.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Qahirənin cənubundakı Sohaq əyalətində baş verib. Qəza nəticəsində 32 nəfər həlak olub və ən azı 66 nəfər xəsarət alıb.