Misir ilə Rusiya arasında tarixi razılaşma

105

Hurriyyet.org xəbər verir ki, Misir ilə Rusiya arasında təqribən 5,5 il əvvəl dayandırılan təyyarə səfərlərinin yenidən başladılması məsələsində razlaşma əldə edilib.

Misirdən verilən açıqlamada qərarın iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə təsir göstərməsini gözlədikləri bildirilib.

Misir ilə Rusiya arasında əməkdaşlıq, iki ölkə arasında hava nəqliyyatının bərpa edilməsi barəsində razılaşma əldə edilib.

Rusiyadan verilən açıqlamada ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı məsələsində qətiyyətli olduqları bildirilir.

2015-ci il oktyabrın 31-də Rusiyaya məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan sonra 17 nəfəri uşaq olan 217 nəfər sərnişin və 7 nəfər heyət üzvü ilə birlikdə Misirin Sina yarımadasının şimalında qəzaya uğramışdı. Hadisədən sonra Misir ilə Rusiya arasındakı hava nəqliyyatı dondurulmuşdu.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 12-də iki ölkə arasındakı hava nəqliyyatının yenidən bərpa edilməsi də daxil olmaqla münasibərlərin gücləndirilməsi məsələsini müzakirə eləmək üçün Misirə səfər eləmişdi.