Minasyan qayınatasına qarşı çıxdı: Qorxurlar

81

Növbədənkənar seçkidə iştirak etməyəcəyimlə bağlı vədimə sadiqəm.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Vatikandakı eks-səfiri Mikayıl Minasyan paylaşıb.

O, seçkidən sonra Ermənistandakı böhranın daha da dərinləşəcəyini bildirib:

“Yaxşı bilirəm ki, keçmiş və indiki hakimiyyətlər, keçmiş və indiki müxaliflər mənim siyasi obrazım haqqında düşünür, öz qorxularına əsaslanaraq faktları görmək istəmirlər. Buna görə də mən bu seçki dövründə iştirak etməmək qərarı qəbul etmişəm ki, dövlət üçün mübarizəmi yekun olaraq sübut edim”.

Qeyd edək ki, Minasyan Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkənidir. Bundan öncə seçkidə Sərkisyanın yerinə onun iştirakı gözlənilirdi. Hətta Minasyanın özü də bununla bağlı mesajlar vermiş və seçkiyə yalnız öz komandasıyla gedəcəyini bildirmişdi. Eks-səfirin belə açıqlması Respublikaçılar Partiyasında narazılıq yaratmışdı.

Serj Sərkisyan isə əvvəllər seçkidə iştirak etməyəcəyini desə də, dünən seçkiyə qatılacağı bəyanatını yayıb. O, seçkiyə Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın Vətən Partiyası ilə koalisiyada gedəcəyini bildirib.