“Milyonlarla suriyalıya yardım edən tək ölkə Türkiyədir” – “New York Times”

150

“New York Times” nəşri Türkiyənin suriyalı qaçqınlara yardımından yazıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın Afrin şəhərində və ətraf ərazilərdəki qaçqın düşərgələrində müşahidələr aparan “New York Times” əməkdaşları Əsəd rejiminin hücumlarından qaçaraq Türkiyəyə sığınan qaçqınlar barədə geniş material hazırlayıblar.

Yazıda PKK terror təşkilatının şəhəri bombalaması da geniş təsvir olunub.

“Qaçqın düşərgələrində humanitar yardıma möhtac qalan milyonlarla suriyalı qaçqın var. Amma onlara yardım edən, imkanlar təqdim edən tək ölkə Türkiyədir”, – deyə yazıda qeyd olunub.