Millimizdə YENİ KAPİTAN

27

“Qarabağ” klubunun qapıçısı Emil Balayev ilk dəfə Azərbaycan yığmasında kapitan sarğısını taxıb.

27 yaşlı qolkiper Qətərə qarşı beynəlxalq yoldaşlıq matçında komandanı kapitan kimi meydana çıxarıb.

Bundan əlavə, “Zirə” klubunda çıxış edən Sertan Taşqın millinin heyətində start heyətdə yer almaqla debüt edib.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb. UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır. \\Report