Milan Jivadinoviç: “Serbiya yığmasının Bakıda işi asan olmayacaq”

24

“Bizim Problemimiz İrlandiya və ya Portuqaliya yığmalı ilə deyil, Lüksemburq və Azərbaycan komandalarına qarşıdır”.

“Report”un məlumatına görə, bunu Yuqoslaviya yığmasının keçmiş baş məşqçisi Milan Jivadinoviç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl “Alo” nəşrinə müsahibəsində deyib.

77 yaşlı mütəxəssis bildirib ki, Serbiya yığması güclü komandalara qarşı daha motivasiyalı olur: “Güclü yığmalarla görüşdə heç vaxt motivasiya çatışmazlığı olmayıb. İfadəmə görə məni bağışlayın, zəif komandalarla üz-üzə gələndə şalvarımızı batırırıq. 4 xal qazandıqdan sonra hər şeyin yaxşı olduğunu düşünürük. Amma Bakıda işimiz asan olmayacaq”.

Qeyd edək ki, Milan Jivadinoviç 1998-1999-cu ildə Yuqoslaviya yığmasına rəhbərlik edib. Serbiyalı baş məşqçi 1950 – 1953-cü illərdə “Srvena Zvezda”nın formasını geyinib, 1992 – 1994-cü illərdə isə bu komandanın baş məşqçisi olub.

Martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan – Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.